Hollandiya gözəli Bakıda xəstəxanaya düşdü - FOTO

9 Sentyabr 2014 09:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, onun qaldığı Ambassador Hoteldə halı dəyişib. Xanımın özündən getdiyini görən, hotel əməkdaşları Bakı şəhəri Təcili Tibi Yardım Stansiyasına müraciət ediblər. Gecə saat 22:20 radələrində həkimlər gözəlin təzyiqinin aşağı düşmə diaqnozu veriblər və onu xəstəxanaya aparıblar.

Hazırda Hollandiya təmsilçisinin həkim nəzarətində olduğu bildirilir.
Qeyd edək ki, "Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək.
Buna görə də müsabiqənin finalçıları bir neşə gündür Bakıda səfərdədirlər. Onlar ölkəmizin gəzməli görməli yerləri ilə tanış olublar.

Amid
AzNews.az