Gənclər Avropa çempionatında

14 Sentyabr 2012 10:38 (UTC+04:00)


AzNews.az xəbər verir ki, 21 sentyabrda Xorvatiyanın Porec şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı başlayacaq. Üç gün davam edəcək qitə birinciliyində ölkəmizi gənclərdən ibarət yığma komandamızın 11 üzvü - Rasim Əlməmmədov (55 kq), Mehman Sadıqov (55 kq), İsgəndər Talışinskiy (60 kq), Rəşad Rufullayev (60 kq), Musa Mehdiyev (66 kq), Cəlil Cəlilov (66kq), Afiq Səfərli (73 kq), Hüseyn Rəhimli (73 kq), Abdulhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev (81 kq) və Əlixan Həsənov (100 kq) təmsil edəcək.

Gənc cüdoçularımız çempionatda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərlikləri altında mübarizə aparacaqlar.

AzNews.az