Baloğlan Əşrəfov xalq artisti olacaq?

14 Sentyabr 2012 10:41 (UTC+04:00)


Dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü və yeni teatr mövsümünün açılması ilə əlaqədar bir sıra mədəniyyət və incəsənət nümayəndələrinə fəxri adlar veriləcək.

AzNews.az-a verilən məlumata görə o, siyahıda Əməkdar artist, müğənni Baloğlan Əşrəfovun da adı var. Bu dəfə o, Xalq artisti fəxri adı ilə təltif olunacaq.

Müğənni isə məsələdən xəbərsiz olduğunu və ona Xalq artisti fəxri adının veriləcəyinə inanmadığını dedi: "Mənim adım dəfələrlə siyahıda yer alıb. Amma məlum olmayan səbəblər ucbatından bir neçə dəfə kənarda qalmışam. Versələr də sağ olsunlar, verməsələr də. Mən öz yaradıcılığımla məşğulam. Əsas odur ki, xalq məni sevir. Xalqın məhəbbəti göz qarşısındadır".

Bahar
AzNews.az