Cənubi Qafqaz qaz kəməri ilə bağlı yeni xəbər

9 Sentyabr 2014 10:43 (UTC+04:00)
Sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi çərçivəsində Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) qaz kəmərinin genişləndirilməsi layihəsinin başlanması mərasimi keçiriləcək. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu, faktiki olaraq Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasının başlanğıcı deməkdir.

Cənub Qaz Dəhlizi Avropaya özünün karbohidrogenlərin çatdırılma mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın simasında yeni bazar əldə etməyə imkan verəcək.

AzNews.az