Jurnalistlər üçün Qəbələ və Oğuza infotur təşkil olunub

9 Sentyabr 2014 14:20 (UTC+04:00)
"Veysəloğlu" MMC jurnalistlər üçün Qəbələ və Oğuz rayonlarına ikigünlük infotur təşkil edib. Media nümayəndələri tur çərçivəsində Qəbələdə Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi və Oğuz rayonunun Xalxal kəndi ilə tanış olublar.

Qəbələdə şirkətin təqdimatı keçirilib. MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə bildirib ki, 1994-cü ildən topdansatış mərkəzi kimi fəaliyyətə başlamış "Veysəloğlu" satış və distribütor şirkəti ilk illərində yalnız Türkiyədən qida məhsullarının idxalı ilə məşğul olub: "Hazırda şirkətin paytaxtda yerləşən mərkəzi anbarı, cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsi üzrə Mingəçevir filialı fəaliyyəti göstərir. Hər iki filial ən son texnoloji vasitələrlə təchiz olunub. Şirkət 115-dən çox aparıcı istehsalçıların distribütorluğunu həyata keçirir".

AzNews.az-ın məlumatına görə, bildirilib ki, "Veysəloğlu" MMC hazırda Rusiya, Ukrayna, Belarus, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, İtaliya, Vyetnam və s. ölkələrlə, o cümlədən 23 ölkənin 116 fabriki ilə əməkdaşlıq edir.

AzNews.az