ATV-də kütləvi istefa

10 Sentyabr 2014 10:47 (UTC+04:00)
"AzerFax"(AFA) xəbər verir ki, bu barədə Show.az-ın yaydığı məlumatda məsələnin təfərrüatı açıqlanır.

Məlumata görə, kütləvi etiraza səbəb baş dekorçu Elxan Novruzovun işdən getməsidir.

E.Novruzova şəxsi avtomobilini ATV-nin həyətində park etməyə icazə verilmir və iş otağı əlindən alınıb. Elxan Novruzov uzun illərdir ATV çalışır və telekanalın. əsas əmədaşlardan biridir. Baş dekorçuya qarçı bu cür münasibətə digər əməkdaşlar da etiraz edib və on nəfərə yaxın dekorçu ATV-ni tərk edib. Həmin insanlar ATV rəhbərliyinin daha yüksək maaş söz verməsinə baxmayaraq işə qayıtmaq istəməyiblər.

Elxan Novruzov yayılmış məlumatı təsdiqləyib. O qeyd edib ki, işdən öz istəyi ilə ayrılıb: "Belə "hörmət" gördükdən sonra, orda işləməyim düzgün deyil. Mənimlə bərabər 6-7 nəfər əməkdaş da, ATV-dən ayrılıb".

E.Novruzov onu da bildirib ki, hazırkı rəhbərlik durduqca onların ATV-yə qayıtması mümkn deyil.

Qeyd edək ki, ATV-də bütün əsas dekorlar məhz E.Novruzov tərəfindən hazırlanıb.



AzNews.az