Üç qardaşı bıçaqladı

10 Sentyabr 2014 12:40 (UTC+04:00)



AzNews.az-ın DİN-in saytına istinadən xəbər verir ki, ötən gün Xəzər rayonunun Qala qəsəbəsində qəsəbə sakini Aqil Əliyev münaqişə zəminində həmyerliləri Əsgər Quliyevə, onun qardaşları Tərlana və Ceyhuna bıçaqla xəsarət yetirib. Əsgərə və Tərlana xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Ceyhunun vəziyyəti ağırdır.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev saxlanılıb.


AzNews.az