Gürcüstan Prezidenti evləndi (Yenilənib)

10 Sentyabr 2014 14:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Trend-in məlumatına görə, xanım M.Çiçua jurnalistlərə deyib ki, nikah mərasimi bu gün dövlət başçısının şəxsi evinin olduğu Duşetidə (ölkənin şərqi) baş tutub.

***
15:50

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə rəsmən evlənmək niyyətindədir.

AzNews.az xəbər verir ki, Trend-in məlumatına görə, nikah mərasimi yaxın günlərdə baş tutmalıdır.

G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayırlar. Onları vaxtilə övladları Maşo və Anna tanış ediblər.

AzNews.az