Ticarət mərkəzində partlayış: ölənlər var

11 Sentyabr 2014 06:53 (UTC+04:00)


AzNews.az anspress-ə istinadən xəbər verir ki, Çilinin paytaxtı Santyaqodan 150 km uzaqlıqda yerləşən Vina del-Mar şəhərində müxtəlif yerlərdə iki partlayış baş verib.

Partlayış şəhərin ən böyük ticarət mərkəzində həyata keçirilib. Terakt zamanı evdə hazırlanmış əldə quraşdırma bombadan istifadə edilib və ticarət mərkəzinin ayaqyolusuna qoyulub.

İkinci partlayış isə şəhərin böyük supertmarketlərindən birinin yaxınlığındakı zibil konteynerinə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Hələ ki, baş verən hadisələr zamanı 2 nəfərin öldüyü bildirilir.

AzNews.az