Altı ay özünü səfir kimi qələmə verən fırıldaqçı

11 Sentyabr 2014 08:06 (UTC+04:00)



Axar.az "El Nuevo Herald" portalına istinadən xəbər verir ki, kolumbiyalı altı ay özünü Livanın bu ölkədəki səfiri kimi qələmə verib.

Yalançı diplomatın ifşa edilməsi də maraqlı məqamlarla yadda qalıb. Onun ispan dilində qüsursuz və heç bir aksent çaları olmadan danışması yüksək rütbəli hərbçilərdən birinin təəccübünə səbəb olur. Daha sonra o, Livan səfirliyi ilə əlaqə saxlayır. Səfirlikdən isə bildirirlər ki, diplomatik missiyada belə adda adam yoxdur. Livan diplomatları fırıldaqçının tapılıb saxlanmasını xahiş ediblər.

Kolumbiyalını necə bir həbs cəzası gözlədiyi hələ ki məlum deyil.

Qeyd edək ki, ölkənin tarixində bu, ilk hal deyil. Ötən əsrin 60-cı illərində hansısa seminariya tələbəsi Neyva şəhərinin sakinlərini inandırmışdı ki, Hindistanın Kolumbiyadakı səfiridir. Bu əhvalatın motivləri əsasında hətta yerli əhali arasında geniş məşhurluq qazanan bədii film də çəkilib.


AzNews.az