Millimizin baş məşqçisi danışacaq

14 Sentyabr 2012 13:44 (UTC+04:00)


AzNews.az xəbər verir ki, 20 sentyabrda, saat 10:30-da, "Bakı" FK-nın Təlim-Məşq Bazasında 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi keçiriləcək. Həmin gün saat 16:30-da, "Hilton" otelində yığmanın baş məşqçisi Sissi Raytın mətbuat konfransı da olacaq.

Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması sentyabrın 22-də FIFA U-17 qadınlararası dünya çempionatı 2012-də ilk oyununa çıxacaq.

Yığmamız saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Kolumbiya komandası ilə qarşılaşacaq.

AzNews.az