“Sent-Etyen”in məşqçisi “Qarabağ”ın oyununa gəlir

11 Sentyabr 2014 13:37 (UTC+04:00)


Bu haqda Qol.Az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Bildirilib ki, Fransa təmsilçisinin məşqçisi Alen Blanchon Azərbaycan Premyer Liqasında "Qarabağ"ın AZAL-la matçını izləmək üçün ölkəmizə gələcək.

Qeyd edək ki, AZAL – "Qarabağ" oyunu sentyabrın 13-də keçiriləcək.

"Qarabağ"la "Sent-Etyen" arasındakı ilk qarşılaşma isə sentyabrın 18-də Bakıda olacaq.


AzNews.az