Fanatlar canlı efirə buraxılacaq

14 Sentyabr 2012 14:02 (UTC+04:00)


AzNews.az xəbər verir ki, sabah Dənizkənarı Milli Parkda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin "Fan Zona"sı fəaliyyətə başlayacaq. Saat 20:00-dan etibarən "Fan Zona"da təşkil olunacaq konsert "İdman Azərbaycan" kanalında canlı yayımlanacaq.

Təşkilatçılar əvvəlcədən möhtəşəm şou və rəngarəng efir vəd edir.

AzNews.az