Yeni Olimpiya kompleksi

14 Sentyabr 2012 14:46 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Abşeron rayonunda Olimpiya İdman Kompleksinin inşasına start verilib. Kompleks Gənclər və İdman Nazirliyinin sifarişi ilə Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixli "Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən inşa edilir.

Kompleksin tikintisini 2014-cü ildə başa çatdırmaq nəzərdə tutulub. Yeni idman kompleksi Bakı-Quba yolunun 17 kilometrliyində, Qafqaz Universitetinin yaxınlığında tikilir.

AzNews.az