Con Kerri Mövlud Çavuşoğlu ilə İraq məsələsindən danışacaq

12 Sentyabr 2014 15:10 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, hava limanında rəsmi qarşılama mərasimindən sonra Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə Con Kerri görüşü baş tutub. Hər iki nazir görüş öncəsi mətbuata qısa açıqlama verib.

Türkiyənin Xarici İşlər Naziri görüşdə İraq başda olmaqla fərqli mövzular ətrafında müzakirələr aparacaqlarını bildirib. Con Kerri isə Türkiyə-ABŞ münasibətlərindən danışacaqlarını qeyd edib.

Sonda Con Kerri Türkiyənin yeni prezidenti ilə görüşəcəyini də söyləyib.


AzNews.az