Bakıda piyada yük maşının altında qalaraq öldü

13 Sentyabr 2014 08:38 (UTC+04:00)


Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 12-də Binəqədi rayonunun Hökməli kəndinin girişində qeydə alınıb. Bakı şəhər sakini Samir Seyidov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə 1987-ci il təvəllüdlü Rahib Ağayevi vurub. Nəticədə R.Ağayev Abşeron rayon sakini Ramil Məmmədovun idarə etdiyi "Kamaz" markalı yük avtomobilinin altına düşərək dünyasını dəyişib.

AzNews.az