İlham Əliyev Hondurasın Prezidentini təbrik etdi

13 Sentyabr 2014 17:16 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Honduras Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Honduras münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Honduras xalqına sülh və rifah diləyirəm".


AzNews.az