Millimiz böyük hesabla qələbə qazandı
13 Sentyabr 2014 18:01 (UTC+04:00)
Çimərlik futbolu üzrə Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
AzNews.az anspress-ə istinadən xəbər verir ki,, 13-16-cı yerlər uğrunda pley-off görüşündə komandamızın rəqibi Yunanıstan olub.
Millimiz bu görüşdən inamlı qələbə ilə ayrılıb - 6:3. Yığmamızın 2 penalti vurduğu oyunda Sabir Allahquliyev dubl edib.
Qeyd edək ki, yığmamız 13-cü yer uğrunda oyunda Fransa ilə qarşılaşacaq. Komandamız seçmə mərhələ çərçivəsində bundan öncə Çexiya (4:1) və Bolqarıstana (3:2) qalib gəlib, İspaniyaya (3:5), İngiltərə (4:5), İsveçrəyə (2:4) və Macarıstana uduzub (3:4). İsveçrə, İspaniya, Rusiya və İtaliya artıq DÇ-nin final mərhələsinə vəsiqəni təmin ediblər.
Dünya çempionatı
Seçmə mərhələ
13-16-cı yerlər uğrunda oyun
Yunanıstan - Azərbaycan - 3:6 (0:1, 1:1, 2:4)
Qollar: Zeynal Zeynalov, 1. Sabir Allahquliyev, 13; 28; 36-pen. Amid Nəzərov, 26. Orxan Məmmədov, 32-pen.
AzNews.az