Ermənilər Moskvada Azərbaycan əleyhinə şüarlar səsləndirdilər

14 Sentyabr 2012 16:00 (UTC+04:00)


Bu gün Rusiya erməniləri Moskvada Ramil Səfərovun Azərbaycana ekstradisiyasına qarşı etiraz aksiyası keçiriblər. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, aksiya sakit şəraitdə keçib.

Ümumrusiya Erməniləri Təşkilatı tərəfindən təşkil olunan aksiyaya digər erməni cəmiyyətləri də qoşulub. Onlar Macarıstan və Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

Sadiq
AzNews.az