Bakıda fəhlə 14-cü mərtəbədən yıxılaraq ölüb

15 Sentyabr 2014 11:49 (UTC+04:00)


Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şərifzadə küçəsində inşa edilən binada qeydə alınıb.

Həmin ünvanda fəhlə işləyən Füzuli rayon sakini Nahid Əliyev 14-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az