Bakı aeroportunda paytaxt sakinindən soyuq silah götürülüb

15 Sentyabr 2014 12:27 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beynəlxalq Hava Limanında Bakı şəhər sakini Murad Hacıyevdən 1 ədəd beşbarmaq, 1 ədəd bıçaq və 1 ədəd dəyənək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az