İran polisi sulu qəlyanları yığıb şəhərin ortasında məhv etdi

15 Sentyabr 2014 13:19 (UTC+04:00)


"Media forum" saytının məlumatına görə, Həmədan polisi həmin sulu qəlyanları son günlər tütün məhsullarına qarşı mübarizə layihəsinin icrası zamanı müxtəlif çayxanalardan müsadirə etdiyini açıqlayıb.

Bir müddətdir İran rəsmiləri əhalinin, xüsusilə gənc qız və oğlanların kütləvi şəkildə qəlyana qurşanmasından, çayxanalara toplaşıb sulu qəlyan çəkməsindən və buna bir əyləncə vəsiləsi kimi baxmasından ciddi narahatlıq ifadə edirlər.

AzNews.az