Mahnı Teatrı sentyabrın 18-də açılacaq

14 Sentyabr 2012 18:40 (UTC+04:00)
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı yeni mövsümi sentyabrın 18-də açacaq. Bunu AzNews.az-a teatrın mətbuat katibi Fərqanə Əiyeva bildirdi.

Onun sözlərinə görə, həmin günü teatrda böyük bir konsert düzənlənəcək: "Konsertdə teatrın bütün solistləri iştirak edəcək. Onlardan Gülyaz və Gülyanaq Məmmədova bacıları, Teymur Əmrah, Elza Seyidcahan, Əbülfət Oğuz, Lalə Məmmədova, Vaqif Şirəliyev, Bilal Əliyev öz repertuarlarından mahnılar ifa edəcək".

Bahar
AzNews.az