Girovlar qaytarıldı- VİDEO

15 Sentyabr 2014 17:21 (UTC+04:00)
Ukrayna ordusu ilə rusiyayönümlü qüvvələr arasında girovların mübadiləsini edib.

ANS TV-nin məlumatına görə, ötən gün Donetsk yaxınlığında ölkənin şərqində gedən döyüşlərdə hər iki tərəfdən girov götürülmüş daha 73 girovun mübadiləsi baş tutub.

"Mühasirəyə alınmışdıq və bizə dedilər ki, təslim olmasamız yarım saat ərzində hər şeyi məhv edəcəyik. Bu səbəbdən də təslim olmaq məcburiyyətində qaldıq", deyə ukraynalı əsgərlərdən biri deyib.

Mübadilə prosesində ATƏT müşahidəçiləri də iştirak edib. Bir neçə gün əvvəl də ATƏT nümayəndələrinin iştirakı ilə 31 girovun mübadiləsi baş tutmuşdu. Mübadilə sentyabrın 5-də qüvvəyə minmiş atəşkəs çərçivəsində həyata keçirilir.

BMT-nin hesablamalarına görə, Ukraynanın şərqində, aprelin ortalarından davam edən silahlı münaqişə 3000-dən çox adamın həyatına son qoyub.



AzNews.az