Obama Qərbi Afrikaya 3 min hərbçi göndərdi - SƏBƏB

16 Sentyabr 2014 07:48 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, əsgərlər genişmiqyaslı səhiyyə proqramına cəlb olunacaqlar. Xəstəlikdən zərərçəkmiş bütün ölkələrdə 17 səhiyyə müəssisəsi quracaqlar. Bundan başqa hərbçilər Liberiyada əsas koordinasiya mərkəzi yaradacaqlar.

Onların başqa bir missiyası məsələ ilə bağlı ABŞ hökumətini və beynəlxalq əməkdaşlarını məlumatlandırmaq olacaq. Bundan başqa ABŞ prezidentinin xəstəliyin profilaktikasının aparıldığı Atlantada Amerikanın səhiyyə rəhbərləri ilə görüşəcəyi planlaşdırılır.

Son məlumatlara görə, Beynəlxalq Səhiyyə Təşkilatı Ebola virusundan ölənlərin sayının 2,4 min nəfərə kimi artacağını proqnazlaşdırır.

AzNews.az