Moskvada 3 azərbaycanlı saxlanıldı

16 Sentyabr 2014 09:47 (UTC+04:00)


ANS PRES-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər "Qazel" markalı avtomobil qaçırmaqda ittiham olunurlar.

Həmin şəxslər 400 min rubl məbləğində avtomobili oğurladıqdan sonra onu hissələrə ayırmaq istəyiblər. Avtomobilin hissələrini ayrılıqda sataraq pul qazanmaq istəyi isə onlara qismət olmayıb.

Hazırda Rusiya hüquq-mühafizə orqanları saxlanılan şəxslərin başqa cinayətlər işlədib-işlətməmələri araşdırılır.

Faktla balı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci, oğurluq maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.


AzNews.az