Çörəyin bahalaşması xəbərinə nazirlikdən - Reaksiya

16 Sentyabr 2014 10:59 (UTC+04:00)


Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzNews.az-a bildirib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində heç bir qiymət artımı müşahidə olunmayıb.

"Bəzi Kütləvi İnformasiya Vasitələrində çörəyin qiymətinin bahalaşması ilə bağlı yayılan məlumatlar əsassızdır. Odur ki, çörəyin eləcə də unun və taxılın qiymətində heç bir artım baş verməyib"-deyə Abbas Əliyev bildirib.

Gültəkin Ələsgər