Jurnalistin döyülməsi ilə bağlı məhkəmə prosesi başlayıb

16 Sentyabr 2014 11:37 (UTC+04:00)


APA-nın xəbərinə görə, hakim Ramil Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Feyruz Termişinin anket məlumatları dəqiqləşdirilib. Daha sonra onun vəkili vəsatət verərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Proses sentyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, aprelin 25-də F. İlqaroğlu naməlum şəxslər tərəfindən evinin qarşısında döyülüb. Hadisədən sonra cinayət işi başlanılıb və Feyruz Termişi təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. F. Termişi Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.


AzNews.az