Bakı dünyanın mədəniyyət gözəllərini qarşılayır – FOTOSESSİYA

14 Sentyabr 2012 20:19 (UTC+04:00)
Azərbaycanın ev sahibliyi edəcəyi və sentyabr ayının 22-si Heydər Əliyev sarayında gerçəkləşəcək "Miss Civilization of The World 2012" Mədəniyyətlər Gözəli müsabiqəsinin finalçıları dünəndən etibarən paytaxtımıza təşrif buyururlar. Bu barədə AzNews.az-a müsabiqənin təşkilatçıları məlumat verib.

Macarıstan, Avstraliya, Ukrayna və Çerkeziya respublikasının iştirakçıları artıq Bakıdadırlar. İki gün ərzində digər iştirakçı ölkələrin də gözəlləri paytaxtda olacaqlar. Bütün iştirakçılar bir arada olduqdan sonra təşkilatçıların onlar üçün qurduqları gündəlik plan üzrə davranılacaq. Bü gün isə Azərbaycan gözəli də daxil olmaqla, yaradıcı heyət müsabiqənin təşkilatı dəstəyindən olan "Moskva" restoranında birgə nahar ediblər.

Qeyd edək ki, "Miss Civilization of The World 2012" Mədəniyyətlər Gözəli müsabiqəsinin təşkilatçıları "CFC Organization" və "Azad Azərbaycan" televiziyası eyni zamanda, müsabiqənin dəstəkçisi Türkiyədə fəaliyyət göstərən "Akkaya Productiondur".

Fuad Mədətov
AzNews.az