Məktəbli qəza törətdi- 1 ölü, 4 yaralı

16 Sentyabr 2014 17:04 (UTC+04:00)
Ağstafada atasının avtomobilini qaçıran məktəbli ağır qəza törədib.
AzNews.az Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün saat 17:00 radələrində Ağstafa rayon Vurğun qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. İçində 5 şagird olan "VAZ 21 011"-in idarəetməsini itirən Orxan Ömərli Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisində avtomaşını yol kənarındakı qəsəbənin ünvanını bildirən obeliskə çırpıb.

Ağır qəza nəticəsində avtomaşının sürücüsü ilə yanaşı, sərnişinləri - Ağstafa şəhər 33-cü məhəllənin sakinləri 8-ci sinif şagirdi Kənan Əliyev, 10-cu sinif şagirləri Elşad İsmayılov, Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Y.Salıfov orada dünyasını dəyişib.
Faktla bağlı Ağstafa polisi araşdırma aparır.

AzNews.az