Putin qələbə qazandı

16 Sentyabr 2014 19:35 (UTC+04:00)
Ukrayna parlamenti Donetsk və Luqansk vilayətlərinə ən yüksək statusa malik muxtariyyət verən qanun layihəsini qəbul edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazır.

Qanun layihəsində həmçinin nəzərdə tutulub ki, rusiyameyilli fəalların böyük əksəriyyəti əfv edilsin.

Ukrayna prezidenti Pyotr Poroşenkonun təklif etdiyi yeni qanun layihəsi ölkəni parçalayan 5 aylıq münaqişəyə son qoymaq məqsədi daşıyır.

Ukrayna parlamenti Avropa Birliyi ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsinə dair razılığı da ratifikasiya edib.

AzNews.az