Suriya-Türkiyə sərhədində törədilmiş partlayış nəticəsində 7 nəfər həlak olub

17 Sentyabr 2014 06:54 (UTC+04:00)




APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, terror aktı Hələb əyaləti Aazaz şəhəri yaxınlığındakı "Bab əl Salam" sərhəd keçid məntəqəsinin yanında törədilib.

Məlumata görə, avtomobilin partladılması nəticəsində yaralıların da olduğu bildirilir. Yaralıların sayı və partlayışın kim tərəfindən törədildiyi barədə məlumat verilmir.


AzNews.az