Ermənilər 3 rayonumuzu atəşə tutdular

17 Sentyabr 2014 07:40 (UTC+04:00)
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az