150 maşın toqquşdu

17 Sentyabr 2014 08:15 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, Zelandiya vilayətində qeydə alınan qəza zamanı 150 avtomobil bir-birilə toqquşub. Qəzada 2 nəfər ölüb, onlarla insan xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti nisbətən ağır hesab olunur.

Məlumata görə, qəzaya səbəb havanın dumanlı olması olub. Sürücülər görüş məsafəsinin 3 metrə qədər daraldığını bildiriblər.


AzNews.az