Bu rayonlarda qaz olmayacaq

17 Sentyabr 2014 08:59 (UTC+04:00)



"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo" ya daxil olan məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Nərimanov, saat 17:00-dək Xaçmaz, Xətai və Suraxanı, saat 18:00-dək Zərdab, Lənkəran, Siyəzən, Qaradağ, Şəmkir, Xəzər, Qazax, Gədəbəy, işlər başa çatanadək isə Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


AzNews.az