Anar Məmmədovun şirkətinin lisenziyası ləğv olundu

17 Sentyabr 2014 12:25 (UTC+04:00)

"Qafqazinfo" komitəyə istinadən xəbər verir ki, lisenziyanın vaxtı sentyabrın 16-sı bitib. Hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

***

Lent.az-ın məlumatına görə, "Qarant İnvest" 2011-ci ildə yaradılıb. MMC "Qarant Holdinq"ə daxil olan "Qarant Sığorta"nın törəmə müəssisəsi kimi fəaliyyət göstərib. "Qarant Holdinq" şirkətlər qrupunun Direktorlar Şurasının sədri isə nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.


AzNews.az