Masallıda yaşayış evində güclü yanğın olub

17 Sentyabr 2014 13:23 (UTC+04:00)


AzNews.az-ın FHN-in saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 17-də rayonun Qızılavar kənd sakini, 1936-cı il təvəllüdlü Həsənağa İzzət oğlu Ağacanova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 3 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı kürsülü evin 4 otağı içindəki əşyalarla birlikdə 120 kv.m sahədə yanıb.

Yanğının başvermə səbəbləri həyata keçirilmiş ekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az