Atatürk liseyinə molotov kokteylli hücum

17 Sentyabr 2014 15:06 (UTC+04:00)


Axar.az xəbər verir ki, Şırnakın Cizrə mahalında baş verən hadisədə etirazçılar Nur Atatürk liseyi, Fateh, İstiqlal və İsmayıl Əbuliz orta məktəblərinə benzin tökdükdən sonra molotov kokteyli atıblar.

Məktəblərdə baş verən yanğını söndürmək üçün gələn xilasetmə qruplarının məktəblərə yaxınlaşmasına imkan verməyən etirazçılar təhlükəsizlik qüvvələrinə daş və molotov kokteyli atıblar.

Polis nümayişçilərə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Yanğın məktəblərə böyük maddi ziyan vurub.


AzNews.az