Ən çox milyarder bu ölkədə yaşayır

17 Sentyabr 2014 15:55 (UTC+04:00)


ANS PRESS-in buro24/7.az istinadən verdiyi məlumata görə, araşdırmalar göstərib ki, bu il dünyada 155 nəfərin varidatı milyarda çatıb.

Milyarderlərin ümumi sayı 2 325 nəfər olub. Ən çox milyarder ABŞ-da yaşayır. Bu il Birləşmiş Ştatların 57 vətəndaşının pulu milyarda çatıb.

Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələri də varlıların sayına görə öndə gediblər.

Dünyadakı milyarderlərin 90%-i evli, 6%-i boşanmış, 3%-i tənha, 2%-i isə duldur.


AzNews.az