“Yeni mobil operator qiymətlərə təsir etməyəcək”- Nazir
17 Sentyabr 2014 17:40 (UTC+04:00)
"Dördüncü mobil operatorun Naxçıvan Muxtar Respublikasında lisenziya alıb və orada fəaliyyət göstərməsi bazardakı qiymətlərə elə də böyük təsiri göstərməyəcək".
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu fikri Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, hazırda yeni operator digər üç operatorla rominq müqavilələri imzalayır: "İmzalanmadan sonra respublika üzrə digər mobil operatorların təklif etdiyi xidmətlərin qiymət və keyfiyyətinə müsbət təsir edəcək".
AzNews.az