Həsən Ruhani mesaj verdi- VİDEO

17 Sentyabr 2014 20:36 (UTC+04:00)
ANS TV-nin "İRNA" agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.

İki ölkənin tarixi və dərin əlaqələrindən danışan Həsən Ruhani Tehran və Bakı arasında siyasi-iqtisadi, mədəni sahələrdə münasibətlərin genişlənməsinin əhəmiyyətindən danışıb: "Hər hansı bir ölkənin Tehranla Bakının yaxın münasibətlərini pozmasına icazə verilməyəcək".

Lakin Həsən Ruhaninin terror təhlükələri ilə bağlı açıqlamaları xüsusilə diqqət çəkib. İran Prezidenti terrorizmin region üçün ciddi təhlükə olduğunu söyləyərək əlavə edib ki, əgər region ölkələri bu təhlükəyə qarşı birgə hərəkət etməsələr, bu mikrob hər an onlara da yoluxa bilər.



AzNews.az