Aktrisanın İrəvan arzusu

17 Sentyabr 2014 21:16 (UTC+04:00)



"Qafqazinfo"ya açıqlama verən aktisa yeni layihəyə imza atdığını bildirib. Tarixi Azərbaycan məkanlarında fotokamera qarşısına keçməyə hazırlaşan Tunay "İrəvanda fotosessiya" məsələsinə də aydınlıq gətirib.

"Azərbaycanın tarixi məkanlarında fotokamera qarşısına keçməyə hazırlaşıram. Sosial şəbəkədə elə məhz layihəmlə bağlı arzumu yazmışam. Ermənistan adlanan ərazinin hansı daşını qaldırsan, onun altından Azərbaycan tarixi çıxır. Ora Azərbaycanın tarixi torpaqlarıdır. Bunu elm və tarix sübut edir. Arzularımdan biri də İrəvanda fotosessiya etdirməkdir".

AzNews.az