Azərbaycanda zəlzələ oldu

18 Sentyabr 2014 06:41 (UTC+04:00)
AzNews.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ Bakı vaxtı ilə saat 23:13:04-də qeydə alınıb.

Yeraltı təkanların episentri Abşeron yarımadasının şimal sahillərində, ocağı isə 17 km dərinlikdə olub.

Zəlzələ hiss olunmayıb.


AzNews.az