“Təzə Pir”lə bağlı daha bir qalmaqal - Foto

18 Sentyabr 2014 07:45 (UTC+04:00)
Hətta bir neçə gün əvvəl Ucar rayonunda təmtəraqlı yas mərasimində qəribə hal da yaşanıb. Öz ölüsünə ehsan vermək isətəyən şəxs maraqlı üsul da fikirləşib. Rayon rəhbərliyinin diqqətindən yayınmaq üçün dəfn və dua mərasimini öz həyətində verib, ehsanı isə qonşunun həyətində təşkil etmək istəyib. Bundan xəbər tutan kənd nümayəndəliyi gəlib ehsan üçün bişirilmiş yemək qazanlarını aparıblar.

Lakin "Təzə pir" məscidi köhnə ənənələrinə sadiq qalıb və təmtəraqlı ehsanların verilməsini yığışdırmayıb.AzNews.az Milli.Az-a istinadən dünən həmin məsciddə verilən ehsan süfrəsinin fotolarını oxuculara təqdim edir.


AzNews.az