Qax rayon sakini Xırdalanda qətlə yetirilib

18 Sentyabr 2014 08:20 (UTC+04:00)

Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Balakən rayon sakini, 1986-cı il təvəllüdlü Abdulla Saramanov aralarında yaranmış mübahisə zəminində tanışı, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Ramil Məmmədova 5 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Hadisəni törədən A. Saramanov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


AzNews.az