Sabah hava necə olacaq? - Proqnoz

18 Sentyabr 2014 12:43 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər isə havanın tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gündə Abşeron yarımadasında mövsümə uyğun gözlənilən komfort hava şəraiti, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.

AzNews.az