Məktəbdə şagirdi qətlə yetirən şəxsin şikayəti təmin edilməyib

18 Sentyabr 2014 13:20 (UTC+04:00)


APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, 2013-cü il oktyabrın 17-də Nizami rayonu ərazisində yerləşən 10 №li orta məktəbin həyətində Kamran Nəcəfov xuliqanlıq niyyəti ilə lisey şagirdi olan Famil Gülüşovu bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə K.Nəcəfov 13 il müddətinə azadlıqdan məhrum edilib.


AzNews.az