“...hava hücumları təşkil etmək lazımdı” – İran prezidenti

18 Sentyabr 2014 14:15 (UTC+04:00)


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika vətəndaşları Ceyms Fouli və Stiven Sotloff, Britaniya vətəndaşı Devid Heynsın edamını şərh edən Həsən Ruhani terrorçu "İslam dövləti"ni bəşəriyyət üçün təhlükə adlandırıb: "İslam mədəniyyəti və İslam qaydalarına əsasən, günahsız insanın öldürülməsi bəşəriyyəti öldürməyə bərabər tutulur. Buna görə də, günahsız insanların öldürülməsi və başlarının kəsilməsi bütün bəşəriyyətin narahatlığına və kədərinə səbəb olur".

Həsən Ruhani İranın "İŞİD" terrorçularına qarşı mübarizə aparmaq üçün İraqa hər cür köməklik göstərdiyini bildirib. İran prezidenti həmçinin qeyd edib ki, bu ərəb ölkəsində müsəlmanlar üçün müqəddəs olan yerlər qorunmalıdır: "Biz "qırmızı sədd" deyiriksə, bu, o mənaya gəlir ki, biz terrorçulara Bağdadı və Kərbəla və Nəcəf şəhərlərində yerləşən şiələrin müqəddəs abidələrini tutmağa icazə verməyəcəyik".

İran prezidenti H.Ruhani həmçinin ABŞ-ın terrorçuların mövqelərinə hava hücumları təşkil etmək qərarını da şərh edib: "Ola bilər ki, hazırkı vəziyyətdə elə məhz hava hücumları təşkil etmək lazımdı. Lakin, bu hücumlar xalqın və hakimiyyətinin razılığı ilə həyata keçirilməlidir".


Aydan Axundova
AzNews.az