Eynəklər və linzalarla bağlı qanun hazırlana bilər

18 Sentyabr 2014 14:40 (UTC+04:00)


AzNews.az xəbər verir ki, parlamentin Sosial siyasət komitəsinin Milli Məclisin qarşıdan gələn 2014-cü il payız sessiyası ilə bağlı ilk iclasında çıxışı zamanı adıçəkilən komitənin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, dünyada bu yöndə analoji qanunlar var:

"Məsələn, Türkiyədə optika haqqında qanun var. Ancaq biz istəyirik ki, hazırlayacağımız qanunda daha geniş məsələləri əhatə edək. Çünki bu gün Azərbaycanda əhalinin böyük əksəriyyəti eynək taxır və bu eynəklərin də böyük bir qismi problemlidir. Onların haradan gətirildiyi, necə hazırlandığı, insan səhhətinə ziyanlı olub-olmadığı məlum deyil. Ona görə də hesab edirik ki, bu məsələləri tənzimləmək üçün müvafiq qanunun hazırlanmasına və qəbuluna ehtiyac var. Bəlkə də kimlər üçünsə bu məsələ qəribə gələ bilər. Ancaq hər halda belə bir qanunun da hazırlanması əhəmiyyətlidir".


AzNews.az