Mahsun Kırmızıgül xəstəxanaya düşdü

15 Sentyabr 2012 09:49 (UTC+04:00)


Məşhur türk sənətçisi Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirilib. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında film çəkilişləri zamanı müğənni sol ayağında şiddətli ağrılar hiss edib. Nəticədə müğənni təcili olaraq xəstəxanaya çatdırılıb.

80 seriyalı serial çəkilişləri üçün Artivində olan Mahsun Kırmızıgül, ağrıların azalmayacağını görüb Trabzondakı özəl xəstəxanaların birində ayağını rentgen müayinəsi etdirib və müalicədən sonra xəstəxanadan ayrılıb.

AzNews.az